Ukrayna tarixin ən dəhşətli qışına hazırlaşır - Kuleba

Ukrayna tarixin ən dəhşətli qışına hazırlaşır - Kuleba
Gündəm 07 Noyabr 2023 10:03

Ukrayna tarixinin ən dəhşətli qışına hazırlaşır.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Mən onlarla şam almışam. Atam yük maşını dolusu odun alıb. Tarixin ən dəhşətli qışına hazırlaşırıq. Əgər “Taurus” ala bilməsək, HHM sistemləri almalıyıq”, - Kuleba bildirib.