Bu ərazilər üzrə pensiyalar ödənildi

Bu ərazilər üzrə pensiyalar ödənildi
SOSİAL 07 Noyabr 2023 09:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyalarını ödəyib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.