ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə gəldi

ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə gəldi
Gündəm 06 Noyabr 2023 10:00

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığına “Ohayo” sinifli strateji nüvə sualtı qayığı göndərilib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X hesabında məlumat yayıb.

Məlumata görə, “Ohayo” sinifli sualtı qayıqları ABŞ-ın strateji hücum nüvə qüvvələrinin əsasını təşkil edir. Onlar qitələrarası ballistik raketlərlə təchiz olunub.