Özbəkistanda güclü zəlzələ oldu

Özbəkistanda güclü zəlzələ oldu
Gündəm 06 Noyabr 2023 09:28

Özbəkistanın Buxara vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 15 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.