AB-dən bunu gözləmək mümkün deyil

AB-dən bunu gözləmək mümkün deyil
Gündəm 04 Noyabr 2023 17:30

Avropa Birliyinə (AB) inamımız sarsılıb.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“AB ədalətli mövqe ortaya qoymur. Britaniya, Almaniya, İtaliya, Fransa, nə də başqası təəssüf ki, ədalətli davranmır. Əslində AB-dən bunu gözləmək də mümkün deyil”, - Ərdoğan bildirib.