Fransanı Rusiyaya dəyişməyin - Kolonna

Fransanı Rusiyaya dəyişməyin - Kolonna
Gündəm 04 Noyabr 2023 16:45

Fransanın xarici işlər naziri Ketrin Kolonna hesab edir ki, Afrika ölkələri Fransanı Rusiya ilə dəyişməməlidir.

Sitat.info xəbər verir ki, o, bu barədə Nigeriyanın paytaxtı Abucada keçirdiyi mətbuat konfransında deyib.

“Mən sizin yerinizdə olsaydım, Fransanı Rusiyaya dəyişməzdim”, - o Parisin Sahel bölgəsində Rusiyanın təsirinin güclənməsindən narahat olub-olmaması barədə sualı cavablandırarkən bildirib.