Ərdoğan da Qazaxıstana getdi

Ərdoğan da Qazaxıstana getdi
Gündəm 02 Noyabr 2023 16:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda səfərdədir.

Sitat.info xəbər verir ki, onu Astana hava limanında Qazaxıstanın rəsmi şəxsləri qarşılayıb.

Səfərin məqsədi Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçiriləcək Zirvə görüşündə iştirak etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyev də bu gün Qazaxıstana səfərə gedib.