“Laçın” postundan silah keçirsəydik… - Karapetyan

“Laçın” postundan silah keçirsəydik… - Karapetyan
Gündəm 01 Noyabr 2023 13:59

 

Qarabağdan gedən ermənilərin özləri ilə silah apardığı barədə iddiaları qondarma və keçmiş “dq”nin “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan təkzib edib.

Sitat.info xəbər verir ki, bu barədə o, Ermənistan DİN-in Qarabağ ermənilərinə silahların təhvil verilməsilə bağlı çağırışı haqda danışarkən deyib.

“Bir şeyi başa düşə bilmirəm: Qarabağ erməniləri Ermənistana necə silah gətirə bilərdi? Hər şey o qədər də asan deyil. Kim nəzarət-buraxılış məntəqəsindən (“Laçın” postu nəzərdə tutulur – red.) silah keçirməyə cəhd etsə, ailəsi ilə birlikdə həbs edilərdi, siz nədən danışırsınız?” - o bildirib.

O bildirib ki, ermənilər silah keçirməyə cəhd etsəydilər, azərbaycanlılar buna çox sərt reaksiya verərdi:

“Dediyim odur ki, buraxılış məntəqəsindən silah gətirə bilməzdilər. Azərbaycanlılar o qədər də sadəlövh deyillər ki, Qarabağdan silah aparılmasına imkan versinlər”.