Kremldən Türkiyənin təklifinə: Çox çətindir!

Kremldən Türkiyənin təklifinə: Çox çətindir!
Gündəm 31 Oktyabr 2023 17:20

BMT səmərəsiz olmasına baxmayaraq, yeganə beynəlxalq mexanizm olaraq qalır.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin BMT-yə alternativ yaratmaq təklifini şərh edərkən deyib.

“Hesab edirik ki, BMT sistemi gündəlikdəki həyati məsələlərdə səmərəsiz olmasına baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır”, - o bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, bu təşkilata alternativ yaratmaq çox çətindir, çünki bu, beynəlxalq konsensus tələb edir: “Türkiyənin belə bir mexanizm yarada biləcəyini zaman göstərəcək”.