Gömrükdə əməliyyat: 22 kq gümüş aşkar edildi

Gömrükdə əməliyyat: 22 kq gümüş aşkar edildi
Gündəm 28 Oktyabr 2023 17:25

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.