Macarıstan XİN başçısı İrəvana gəldi

Macarıstan XİN başçısı İrəvana gəldi
Gündəm 27 Oktyabr 2023 11:41

Macarıstan xarici işlər naziri Peter Siyarto Ermənistana səfərə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ermənistan və Macarıstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb, daha sonra geniş tərkibdə görüş keçiriləcək. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər”, - məlumatda qeyd olunub.