Bakı-İrəvan arasında sülhün təmini... - Miller

Bakı-İrəvan arasında sülhün təmini... - Miller
Gündəm 27 Oktyabr 2023 02:00

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

"Düşünürəm ki, bu iki ölkə arasında sülhün təmin olunması həm onların, həm də regionun və bütün dünyanın maraqlarına uyğundur. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - Miller qeyd edib.