Kremlin məşhur təbliğatçısı öldü

Kremlin məşhur təbliğatçısı öldü
Gündəm 23 Oktyabr 2023 13:44

Rusiya hakimiyyətinin daha çox “Dyadya Slava” kimi tanınan məşhur təbliğatçısı Stanislav Andreyev ölüb.

Sitat.info xəbər verir ki, bu barədə onun Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Andreyev oktyabrın 22-də xərçəng xəstəliyindən ölüb.

Qeyd edək ki, Andreyevin rəhbəri olduğu Teleqram kanalının 500 mindən çox izləyicisi var idi.