Bakıdan sülh razılaşması ilə bağlı təkliflər aldıq - İrəvan

Bakıdan sülh razılaşması ilə bağlı təkliflər aldıq - İrəvan
Gündəm 20 Oktyabr 2023 18:21

Ermənistan Azərbaycandan sülh razılaşması ilə bağlı təkliflər paketi alıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan məlumat verib.

"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən cavab göndərilməyib, müzakirələr davam edir", - V.Kostanyan qeyd edib.