HƏMAS-dan İsrailə təklif: Bu şərtlə...

HƏMAS-dan İsrailə təklif: Bu şərtlə...
Gündəm 20 Oktyabr 2023 17:20

HƏMAS İsrailə atəşkəs müqabilində bəzi girovları azad etməyi təklif edib.

Sitat.info xəbər verir ki, bu barədə BBC mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi HƏMAS-ın təklifi ilə razılaşmayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Qəzza zolağında HƏMAS tərəfindən 203 nəfər girovun saxlanıldığını bildirmişdi.

//Axar.az