HƏMAS-ın daha iki komandiri məhv edildi

HƏMAS-ın daha iki komandiri məhv edildi
Gündəm 18 Oktyabr 2023 10:14

İsrail ordusu Qəzzada HƏMAS-ın daha iki komandirini məhv edib.

Sita.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın tank əleyhinə müdafiə sistemləri bölməsinin rəhbəri Məhəmməd Avdallah və silah alverçisi, HƏMAS dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi İsrail ordusunun endirdiyi zərbələr nəticəsində ölüb.