Rusların iki aerodromu vuruldu, 9 helikopter məhv edildi

Rusların iki aerodromu vuruldu, 9 helikopter məhv edildi
Gündəm 17 Oktyabr 2023 20:15

Bu gün gecə Ukrayna ordusunun Berdyansk və Luqanskdakı aerodromlara raket zərbələri nəticəsində müxtəlif modifikasiyalı 9 helikopter məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna ordusundan məlumat verilib.

Məlumata görə, zərbələr nəticəsində xüsusi texnikalar, hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğuları, sursat anbarları məhv edilib, uçuş zolağı yarsız vəziyyətə salınıb.

Rus hərbçilər arasında ölən və yaralananların da olduğu bildirilib.