Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb

Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb
SİYASƏT 04 Aprel 2022 20:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki,Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib. Mövlud Çavuşoğlu Türkiyənin Ukrayna-Rusiya müharibəsində mövqeyinin dəyişməz olduğunu bildirib.