İsraillə Livan arasında atışma başladı

İsraillə Livan arasında atışma başladı
Gündəm 13 Oktyabr 2023 19:27

İsrail ordusu Livanın cənub bölgələrində müəyyən hədəflərə artilleriya zərbələri endirib.

Bu barədə Livanın rəsmi NNA agentliyi məlumat yayıb.

Bildirilib ki, İsraillə sərhəddə yerləşən Nahayra və Alma Şaab bölgələrindəki obyektlər məhv edilib.

Hücumdan sonra tərəflər arasında atışmanın başladığı deyilir.

Əlavə məlumat verilmir.