Sabah Şuşada nazirlərin toplantısı olacaq

Sabah Şuşada nazirlərin toplantısı olacaq
Gündəm 12 Oktyabr 2023 21:27

Sabah Azərbaycanın Şuşa şəhərində TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının mədəniyyət naziri Fikri Ataoğlu oktyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantıda iştirak edəcək.

Xatırladaq ki, iclasa TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri və başqa rəsmi şəxslər qatılacaqlar.