İsrail bu şəhərdə təmizləmə əməliyyatı aparır

İsrail bu şəhərdə təmizləmə əməliyyatı aparır
Gündəm 09 Oktyabr 2023 15:00

İsrail hərbçiləri Sderot şəhərinin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat aparır.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan məlumat verilib.

“Desant briqadası gərgin döyüşlər aparır. Briqada komandirləri və əsgərlər yaşayış məntəqələrində axtarışlar həyata keçirir, terrorçuları zərərsizləşdirirlər. Onlar əsgərlərlə birlikdə Sderotu terrorçulardan təmizləmək üçün əməliyyat keçirirlər”, - məlumatda qeyd olunub.