Livanda həbsxanada yanğın: 4 nəfər ölüb

Livanda həbsxanada yanğın: 4 nəfər ölüb
Gündəm 06 Oktyabr 2023 22:04

Livanın şərqində bir həbsxanada məhbusların "pis həyat şəraitinə" etiraz etmək üçün başlatdıqları yanğında 4 məhbus həyatını itirib.

Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə Bekaa əyalətindəki Zahle həbsxanasında baş verən yanğınla bağlı təfərrüatlar paylaşılıb.

Bildirilib ki, bəzi məhbuslar yaşayış şəraitinin pis olmasına etiraz olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.

Kənan Bənnayev

Sitat.info