Rusiya ABŞ təyyarələrinə qarşı Mig-31 qaldırdı

Rusiya ABŞ təyyarələrinə qarşı Mig-31 qaldırdı
Dünya 06 Oktyabr 2023 21:19

Rusiya Müdafiə Nazirliyi Norveç dənizində patrul vəzifəsini yerinə yetirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A Poseidon təyyarəsi üçün Miq-31 döyüş təyyarəsini çıxardıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Norveç dənizi üzərində hava məkanına nəzarət vasitələrinin Rusiya dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkar etdiyini açıqlayıb.

Açıqlamada, Rusiya Şimal Donanmasının Hərbi Hava Qüvvələrində xidmət edən Miq-31 döyüş təyyarəsinin hədəfi müəyyən etmək və Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını almaq üçün çıxarıldığı bildirilib: “Rusiya döyüş təyyarəsinin ekipajı hava hədəfinin ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul xidmətində olan P-8A Poseidon patrul təyyarəsi olduğunu təyin edib".

Seymur Bənnayev

Sitat.info