Bu ərazilər üzrə pensiyalar ödənildi

Bu ərazilər üzrə pensiyalar ödənildi
Gündəm 06 Oktyabr 2023 17:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarını ödəyib.

Sitat.info xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.