Məşhur müğənni orduya qoşuldu: "Bir ay əvvəl əlimdə yalnız mikrofon tuturdum, indi... " FOTO

Məşhur müğənni orduya qoşuldu: \"Bir ay əvvəl əlimdə yalnız mikrofon tuturdum, indi... \" FOTO
Gündəm 04 Aprel 2022 08:29

Ukraynanın məşhur müğənnisi Maks Barskix Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Bu barədə müğənninin özü sosial şəbəkədə paylaşdığı videomüraciətində bildirib. Müğənni qeyd edib ki, iki həftəlik məşqdən sonra döyüş bölgəsinə yollanacaq:

"Sabahdan təlimlər başlayır. Kim bunu əvvəldən təxmin edə bilərdi? Bir ay əvvəl əlimdə yalnız mikrofon tuturdum, amma indi hər şey dəyişir"./Musavat.com