Dünya Bankı Türkiyənin böyümə proqnozunu yüksəltdi

Dünya Bankı Türkiyənin böyümə proqnozunu yüksəltdi
Dünya 05 Oktyabr 2023 20:46

Dünya Bankı Türkiyənin bu il üçün iqtisadi artım proqnozunu 3,2 faizdən 4,2 faizə yüksəldib.

Sitat.info xəbər verir ki, Dünya Bankı Avropa və Mərkəzi Asiya regionu üçün hazırladığı İqtisadi Yenilik Hesabatını “Yavaş artım, artan risklər” adı altında dərc edib.

Türkiyə iqtisadiyyatına dair qiymətləndirmələrin də yer aldığı hesabata görə, istehlakçı tələbinin dayanıqlı olması və siyasətdəki qeyri-müəyyənliyin azalması səbəbindən ölkənin iqtisadi artım proqnozu 3,2 faizdən 4,2 faizə yüksəldilib.

Seymur Bənnayev

Sitat.info