İbrahim Rəisi Zəngəzur dəhlizinə görə qorxuya düşüb
İran prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyinə təhdid” olduğunu müdafiə edib.
İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi X sosial media hesabında danışıqların məzmunu ilə bağlı məlumat paylaşıb.
Müvafiq olaraq, Rəisi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi ilə görüşlərində “Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını və ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını” iddia edib. İranın qəti şəkildə buna qarşı olduğunu vurğulayıb".
Məğrur,
Sitat.info