Lavrov: Biz Qarabağı tərk etmək istəyən insanların qarşısını ala bilmərik

Lavrov: Biz Qarabağı tərk etmək istəyən insanların qarşısını ala bilmərik
Gündəm 02 Oktyabr 2023 20:47

Qarabağdakı bu vəziyyətdə Rusiya sülhməramlıları əllərindən gələni edirlər.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimad mühitini gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların ümumi yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olacaqlar və onlar bunun üçün səy göstərəcəklər”.

Nərgiz,

Sitat.info