Bu gün növbəti görüş olacaq - Xankəndidə

Bu gün növbəti görüş olacaq - Xankəndidə
Gündəm 02 Oktyabr 2023 11:00

Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.

Bildirilir ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də iştirak edəcək.

Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.