Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı
SİYASƏT 30 Sentyabr 2023 15:47

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə siyahıya “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu əlavə edilib.