Sumqayıtın və bu iki rayonun sərhədləri müəyyənləşəcək

Sumqayıtın və bu iki rayonun sərhədləri müəyyənləşəcək
Gündəm 30 Sentyabr 2023 14:40

Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Layihəyə oktyabrın 3-də parlamentin Regional məsələlər komitəsinin iclasında baxılacaq.