Putin Vaqnerin keçmiş komandiri Troşevlə görüşüb
Rusiya prezidenti Vladimir Putin ötən gecə Rusiyanın “Vaqner” muzdlu dəstəsinin keçmiş komandiri Andrey Troşevlə görüşündə Troşevdən Ukraynadakı “könüllü birləşmələri” yoxlamağı xahiş edib.
Sitat.info xəbər verir ki , Rusiya prezidenti Vladimir Putin dünən Kremldə Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş komandiri, “Sedoi” və ya “boz saç” kimi tanınan Andrey Troşevlə görüşüb.
Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun da iştirak etdiyi iclasda Ukrayna müharibəsində könüllü döyüş birləşmələrindən necə istifadə edildiyi müzakirə olunub.
Kənan Bənnayev
Sitat.info