Qənirə Paşayevanın dəfn ediləcəyi yer açıqlandı

Qənirə Paşayevanın dəfn ediləcəyi yer açıqlandı
Gündəm 28 Sentyabr 2023 21:54

Xəbər verdiyimiz kimi, bu gün millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxanada 48 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, hazırda onun nəşinin Heydər Məscidinə aparıldığı bildirilir.

Qənirə Paşayevanın nəşi sabah İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.