Bakıda partlayış baş vermiş gecə klubunun hazırkı vəziyyəti - FOTO

Bakıda partlayış baş vermiş gecə klubunun hazırkı vəziyyəti - FOTO
Gündəm 03 Aprel 2022 08:15

Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən "Location" gecə klubunda baş verən partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma tədbirləri davam etdirilir.

APA-nın xəbərinə görə, hadisə nəticəsində son məlumata əsasən klubda fəaliyyət göstərən bir qadın həyatını itirib, 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

APA hadisə nəticəsində dağılmış klubun fotoşəkillərini təqdim edir.