Ərdoğan Azərbaycana başsağlığı verdi

Ərdoğan Azərbaycana başsağlığı verdi
Gündəm 27 Sentyabr 2023 16:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Sitat.info xəbər verir ki, bunu dövlət başçısı X-də yazıb.

"Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır", - Ərdoğan bildirib.