Ermənistana daşınan yaralıların sayı açıqlandı

Ermənistana daşınan yaralıların sayı açıqlandı
Gündəm 27 Sentyabr 2023 12:52

Bu gün saat 11:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 237 yaralı daşınıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların 142-si helikopter, 95-i isə təcili yardın maşınları ilə aparılıb.

Bildirilib ki, antiterror tədbirləri zamanı yaralananlar və Xankəndidə yanacaq çənində baş verən partlayış nəticəsində xəsarət alanlar daşınıb.

Nazirlik daşınmanın davam etdiyini qeyd edib.