ABŞ və Türkiyə Zəngəzur dəhlizini müzakirə edir

ABŞ və Türkiyə Zəngəzur dəhlizini müzakirə edir
Gündəm 26 Sentyabr 2023 11:09

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirməyib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:

“Bu, Dövlət katibi Blinkenin ötən cümə günü Nyu Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur”.