İsraildə etirazlar 38 həftədir davam edir

İsraildə etirazlar 38 həftədir davam edir
Dünya 25 Sentyabr 2023 12:46

İsraildə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətinin məhkəmə tənzimlənməsinə qarşı etirazlar on minlərlə insanın iştirakı ilə 38-ci həftədir davam edir.

Sitat.info xəbər verir ki, Netanyahu hökumətinin məhkəmə nizamnaməsinə qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən israillilər 38-ci həftədir ki, ölkə boyu küçə və meydanlara çıxrlar.

Təl-Əviv, Qərbi Qüds, Hayfa və Herzliya kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla fərqli yerdə nümayişlərə on minlərlə israilli qatılıb.

Seymur Bənnayev

Sitat.info