Hərbi attaşelər texnikalara, silah-sursata baxış keçirdi

Hərbi attaşelər texnikalara, silah-sursata baxış keçirdi
Gündəm 23 Sentyabr 2023 19:30

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

Sitat.info xəbər verir ki, onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət edir.

***

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.

Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.