AZAL-dan sərnişinlərə MÜHÜM AÇIQLAMA: "Bakı-Moskva reysləri..."

AZAL-dan sərnişinlərə MÜHÜM AÇIQLAMA: \"Bakı-Moskva reysləri...\"
Gündəm 02 Aprel 2022 15:49

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın sonundan Bakıdan Rusiyanın paytaxtı Moskvaya reysləri bərpa edəcəyi ilə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, aviaşirkət bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Ölkənin aviadaşıyıcılarının reyslər yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir", - deyə, qurum bəyan edib.