Sülhməramlılar Xankəndiyə humanitar yardım çatdırdı

Sülhməramlılar Xankəndiyə humanitar yardım çatdırdı
Gündəm 23 Sentyabr 2023 11:35

Rusiya sülhməramlı kontingentinin hərbi heyəti Xankəndiyə 50 tondan çox humanitar yardım çatdırıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, göndərilən humanitar yardımlarda ərzaq payı və gigiyena dəstləri və ilkin tələbat malları olub.