Bolqarıstan ABŞ-dan 183 ədəd “Stryker”alır Ana səhifə Planet

Bolqarıstan ABŞ-dan 183 ədəd “Stryker”alır Ana səhifə Planet
Gündəm 23 Sentyabr 2023 09:55

Bolqarıstan hökuməti ABŞ-dan 183 ədəd “Stryker” zirehli döyüş maşınlarının alınmasını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, Bolqarıstan bu addımı quru qoşunlarını modernləşdirmək və onları NATO standartlarına uyğunlaşdırmaq məqsədilə atıb.