Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi

Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi
Gündəm 22 Sentyabr 2023 18:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

XİN-in məlumatına görə, C.Bayramov həmkarına Qarabağ xalçası hədiyyə edib.

“Can Azərbaycana bu önəmli hədiyyə üçün təşəkkür edirik”, - paylaşımda bildirilib.