Bakı ilə İrəvan arasında münaqişə qəbuledilməzdir

Bakı ilə İrəvan arasında münaqişə qəbuledilməzdir
Gündəm 21 Sentyabr 2023 11:00

Azərbaycanla Ermənistan arasındakı ziddiyyətlər dialoq yolu ilə həll edilməlidir.

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu Yorkda mətbuat konfransı zamanı deyib.

“Biz hər iki tərəflə əlaqə saxlayırıq və onlarla problemlərin dialoq yolu ilə həllinin vacibliyi barədə danışırıq. Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginlik qəbuledilməzdir”, - o bildirib.