AFAD Liviyada sığınacaq çadırları və səhra xəstəxanası qurub
Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) seldən zərər çəkən Liviya üçün sığınacaq çadırları və səhra xəstəxanası qurulduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, AFAD-ın sosial media hesabından edilən açıqlamada: "Fəlakətin baş verdiyi ilk andan dost və qardaş Liviya xalqının yanındayıq. Danyel qasırğasının səbəb olduğu daşqınlardan sonra Liviyada həyatın normala dönməsi üçün aparılan səylər aralıqsız davam edir", - deyilir.
Ayna
Sitat.info