Bu məlumatın heç bir əsası yoxdur - MN

Bu məlumatın heç bir əsası yoxdur - MN
Gündəm 20 Sentyabr 2023 10:49

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu əsassız iddianı qəti surətdə təkzib edirik.