Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib
Gündəm 02 Aprel 2022 09:45

Ukrayna ordusunun bölmələri Kiyev əyalətinin Borodyanka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Bu barədə “Report” “ArmyInform”a istinadən xəbər verir.

Hələlik hərbi əməliyyatın təfərrüatları açıqlanmır.

Bununla bağlı yayılan görüntülərdə yerli müdafiəçilərin Rusiya hərbçiləri tərəfindən yandırılan Borodyankadakı polis idarəsi fonunda Ukrayna bayrağı ilə yer alıblar.