Ermənilərin yaydığı bu xəbər yalandır! - MN

Ermənilərin yaydığı bu xəbər yalandır! - MN
Gündəm 19 Sentyabr 2023 15:15

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - nazirlikdən qeyd olunub.