İlham Əliyev Liviya liderinə başsağlığı verdi

İlham Əliyev Liviya liderinə başsağlığı verdi
SİYASƏT 15 Sentyabr 2023 19:00

Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfiyə başsağlığı verib.

Sitat.info xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.

Dövlət başçısı bu faciə ilə əlaqədar Məhəmməd Yunis əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.