MN: Ermənilərin bu məlumatı yalandır!

MN: Ermənilərin bu məlumatı yalandır!
Gündəm 15 Sentyabr 2023 09:00

Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Sitat.info xəbər verir ki, "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - hərbi qurum diqqətə çatdırıb.